Çərşənbə , Oktyabr 20 2021
Ana səhifə / Kriminal / Jurnalistlər binasından mənzil “satan” baş redaktora cəza – Prokuror 9 il istədi

Jurnalistlər binasından mənzil “satan” baş redaktora cəza – Prokuror 9 il istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxışında G.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə şahid qismində dindirilən Sveta Qarayeva bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: “Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, mərhum həyat yoldaşıma saxta jurnalist vəsiqəsi verib və jurnalistlərə tikilən mənzildən də ev alacağı vədini verib.

Digər şahid Xalidə İsmayılova ifadəsində söyləyib ki, o, “Zaman Press” qəzetində çalışıb, qəzetin rəhbəri G.Hüseynova 42 min manat pul verib: “Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi”.

“Report”

Həmçinin oxuyun

Rusiya Telman İsmayılovun ekstradisiyası üçün materialları təqdim etdi

Rusiyanın Monteneqrodakı səfirliyi iş adamı Telman İsmayılovun təhvil verilməsi üçün lazımi materialları bu ölkənin müvafiq …