Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Jurnalistin azyaşlı oğlu köməksiz vəziyyətdə qaldı – KÖMƏYƏ FHN GƏLDİ

Jurnalistin azyaşlı oğlu köməksiz vəziyyətdə qaldı – KÖMƏYƏ FHN GƏLDİ

Sumqayıtda azyaşlı mənzildə  köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər 47-ci məhəllə, ev 1-də yaşayan 2014-cü il təvəllüdlü Ərhun Zaur oğlu Məmmədzadə yaşadıqları evdə bağlı qapı arxasında olub.

Daha sonra azyaşlının atası  jurnalist Zaur Məmmədov (Əhməd) FHN-nin qaynar xəttinə zəng edərək kömək istəyib. Dərhal hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər qonşu mənzilin eyvanından 3-cü mərtəbədə yerləşən mənzilə daxil olublar. FHN-nin əməkdaşları tərəfindən xilas edilən azyaşlı aidiyyəti üzrə ailəsinə təhvil verilib. Jurnalist Zaur Əhməd operativ reaksiyaya görə FHN əməkdaşlarına təşəkkür edib.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …