Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Jurnalistin atasının ölümünə səbəb olan sürücüyə hökm oxundu – 4 il 11 ay 28 gün həbs, 23 min təzminat

Jurnalistin atasının ölümünə səbəb olan sürücüyə hökm oxundu – 4 il 11 ay 28 gün həbs, 23 min təzminat

Bu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Seymur Qarayev 4 il 11 ay 28 müddətinə azadlıqdan məhrum edilib. S. Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Yol qəzasında ölən Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadənin 166 min manatlıq mülki iddiası qismən təmin edilib.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsdən maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat tutularaq yol qəzasında ölən Əli Əliyevin ailəsinə verilməlidir.
İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini bildirib.
Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək S. Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs-qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunmasını istəyib.
Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsini istəyib.
Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 263.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzada xəsarət alan Əli Əliyev 504 gün komada qalıb, bu il iyulun 2-də dünyasını dəyişib.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …