Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Jurnalist valideynlərinin evini oğrulayanların hələ də tapılmadığından narahatdı…

Jurnalist valideynlərinin evini oğrulayanların hələ də tapılmadığından narahatdı…

“Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyev sosial şəbəkədəki hesabında valideynlərinin yaşadığı evdən olunan oğurluq hadisə ilə baş verdiyini yazıb və cinayətin üstünün hələ də açılmadığından narahatlıq ifadə edib. Azinforum.az həmin paylaşımı təqdim edir:

Foto: Tahir Tağıyev

“22-dən 23-ə keçən gecə valideynlərimin “Yeni Ramana” qəsəbəsi, 2-ci sahə adlanan ərazidə olan evindən oğurluq olub. Evdən pul qiymətli əşyalar aparılıb, həyətdə olan avtomobili də qarət ediblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Gəlib baxıblar. Elə o gediş də gediblər. Bir həftə keçməsinə baxmayaraq, cinayətin üstü bu günə qədər açılmayıb.
Ümumiyyətlə bu bir həftə ərzində polisin heç bir nəzərəçarpan fəaliyyətinin şahidi olmamışıq. İşin bu qədər uzanması belə təəssürat yaradır ki, polis bu işə çox laqeyd, soyuq yanaşır. Şahid qismində və ya şübhəli qismindən kiminsə dindirildiyi barədə də heç bir məlumatımız yoxdur. Yəni real fəaliyyət varsa bunlar olmalıydı və olmalıdır da. Ancaq bu bir həftə ərzində polisin cinayətin açılması istiqamətində heç bir real fəaliyyətini görmürük, şahidin olmamışıq.
Bu o qədər böyük bir iş də deyil, adi bir oğurluq hadisəsidir, adi oğurluq… Bu polisin əlində nə işdir ki, bunu bu qədər uzadırlar? “

Azinforum.az olaraq hadisəni araşdıran 12-ci bölmə ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, cinayət hadisəsinin üstünün açılması üçün bütün təxrəsalınmaz tədbirlər görülür.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …