Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Jurnalist oğruların tapılacağına ümid edir

Jurnalist oğruların tapılacağına ümid edir

Xəbər verdiyimiz kimi, jurnalist Pərviz Həşimlinin mənzilindən oğurluq edilib. 
Pərviz Həşimlinin sözlərinə görə, mənzildən komputer, printer, süvenirlər və digər əşyaları oğurlayıblar. Mənzilə daxil olan naməlum şəxslər evdə olan ehtiyat açarları da özləri ilə aparıblar. 
 
Azinforum.az-ın məlumatına görə, Pərviz Həşimli oğruların tapılacağına ümid edir. Jurnalist son açıqlamasında bildirib ki, mənzilindən edilən oğurluq hadisəsi DİN rəhbərliyinin nəzarətindədir:
“Mənzilimdəki qarətlə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsində əməliyyat -istintaq tədbirləri başlayıb. Bu cinayət faktı Daxili İşlər Naziriyi rəhbərliyinin nəzarətindədir. Belə ki, hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyindən ayrıca qrup polis bölməsində olub. Mənimlə və bölmə rəisi ilə söhbətdən sonra mənzilimə baxış keçirilib.
Müəyyən izlər götürülüb. Cinayətkarların tapılacağına ümid edirəm”.
Azinforum.az

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …