Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / “Jeep”lə qadını vurub öldürən sürücü təslim oldu – 20 gün sonra

“Jeep”lə qadını vurub öldürən sürücü təslim oldu – 20 gün sonra

Bakıda 20 gün əvvəl qadının ölümünə səbəb olan sürücü təslim olub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, noyabrın 8-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …