Cümə , Yanvar 21 2022
Ana səhifə / Kriminal / “İztirab çəkirəm” – 3 nəfərin ölümünə səbəb olan sabiq icra başçısının bacısı oğlu

“İztirab çəkirəm” – 3 nəfərin ölümünə səbəb olan sabiq icra başçısının bacısı oğlu

Şabran rayonunda sərxoş vəziyyətdə törətdiyi qəza ilə 3 nəfərin ölümünə səbəb olan şəxs azadlığıa çıxmaq istəyir. Həmin şəxs sabiq icra başçısının bacısı oğludur. O, daha əvvəl də ölümə səbəb olan qəza törədib.

Şabranda Qaraqaşlı kəndində sərxoş halda idarə etdiyi “KİA” markalı avtomaşınla qəza törədən şəxs Bəxtiyar Xanoğlan oğlu Şahverdiyevdir.

Bəxtiyar Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin 1995-2007-ci illərdə başçısı olmuş Sündüz Babayevanın bacısı oğludur.

Ağır yol qəzasında Zəkiyev Vüsal Rövşən oğlu, Babayev Elnur Azad oğlu və Babayev Cəlal Azad oğlu ölüb.

İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumata görə bu, Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir. Qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar və onlar birlikdə məclisdən qayıdırmışlar.

Törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Ona bu maddənin sanksiyası ilə 7 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin edilməli idi. Bakı Ağır Cinayətlər Məhkəməsi Bəxtiyar Şahverdiyevə bu maddənin sankisyası ilə ən aşağı həddə- 7 il həbs cəzası təyin edib.

Yüngülləşdirici hal kimi isə qəza zamanı ölənlərin hüquqi varislərinin onu bağışlaması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və Bəxtiyar Şahverdiyevin səmimi peşmançılığı nəzərə alınıb.

Bu hökmdən narazı qalan B.Şahveridyev Bakı Apelyasiya Məhkəməsinə üz tutub.

B.Şahverdiyev apelyasiya şikayətində deyib ki, özü də yol nəqliyyat hadisəsi zamanı xəsarət alıb. O, qəzadan sonra dərhal zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün müvafiq orqanlara zəng etdiyini deyib. Bildirib ki, arzuolunmaz hadisə ehtiyatsızlıq nəticəsində baş verib və o, bu hadisəyə görə hələ də özünü bağışlamır, mənəvi iztirab çəkir.

Həbsdə olan Şahverdiyevin vəkili Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müdafiə etdiyi şəxs barəsində daha aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş edib. Vəkil əlavə edib ki, müdafiə etdiyi şəxsin himayəsində iki azyaşlı övladı var.

Prokuror hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib. Dövlət ittihamçısı bildirib ki, Şahverdiyev daha əvvəl də ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədib və məhkumluq həyatı yaşayıb. Onun həmin iş üzrə məhkumluğu ödənilib.

Dövlət ittihamçısı əlavə edib ki, birinci instansiya məhkəməsi Şahveridyevin işi üzrə bütün yüngülləşdirici halları nəzərə alıb.

Məhkəmə tərəfləri dindlədikdən sonra hökmün qüvvədə saxlanıldığını elan edib. Musavat.com

Həmçinin oxuyun

Baş prokuror “Tərtər işi”ndən DANIŞDI

“”Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə …