Şənbə , Yanvar 16 2021
Ana səhifə / Kriminal / İTV-nin əməkdaşının pulqabısı oğurlandı

İTV-nin əməkdaşının pulqabısı oğurlandı

İctimai Televiziyanın əməkdaşı Xanlar Mehdiyevin pulqabısı oğurlanıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə X.Mehdiyev özü məlumat verib.

Onun sözlərinə görə, oğurluq olan məkanda təhlükəsizlik kameraları kifayət qədərdir: “Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin Əşrəf adında tədqiqatçısına deyirəm, kameraya baxıb tapmaq olar. Mənə deyir ki, ay qardaş, onu yaddan çıxar, bizi yorma , biz Amerika polisiyik pul qabı oğrusunu kameradan baxıb tapaq? 10 günə bağlayacam sənədi. Maksimum sənə yaxşılığım arayış verməkdir ki, gedib sənədləri çıxarasan. O da jurnalist olmasaydın, ən azı 20 manatını almışdım, amma bilirəm, sonra problem olar. Belə adamlar polis adına ləkədir!!! Sonra zəng gəldi ki, pul qabın tapılıb. Ərizəni yazmışdım. Mənə verdi ki ərizəni, sən canın, götür, cır bunu, “102”yə yığ denən ki, şikayətim yoxdur. Sevincək yığdım ki, tapıldı sənədlərim, şikayətim yoxdur. Deməli, mənə pulqabım oğurlananda görənlər dedi ki, ağ köynək geyinmiş, keçəl oğlan idi. Təsadüfə baxın, pulqabını mənə verən oğlan da ağ köynək geyinmiş, keçəl oğlan idi. Həmin şəxsi də qiyabi tanıyıram, əyri işlərlə məşğuldur. Tədqiqatçıya əlaqə nömrəsini və ünvanını vermişəm. Hələ xəbər yoxdur”.

Həmçinin oxuyun

Axtarışda olan 46 nəfər saxlanıldı – RƏSMİ

Daxili İşlər Nazirliyini ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik …