Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / “İti vurmamaq üçün….” – Eltonun yol polisinin maşını ilə toqquşmasının TƏFƏRRÜATLARI

“İti vurmamaq üçün….” – Eltonun yol polisinin maşını ilə toqquşmasının TƏFƏRRÜATLARI

Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Musavat.com hadisə ilə bağlı müğənninin həyat yoldaşı, prodüsser Toma Hüseynəliyevlə əlaqə saxlayıb. O, hadisənin təfərrüatlarını açıqlayıb:
“Mən də avtomobildə idim. Qarşımıza it çıxdı. Elton heyvanı vurmamaq üçün kənara çəkmək istədi. O zaman polis maşınına dəydi. Elton yaxşıdır.

Xəstəxanaya da apardıq, səhhətində problem yoxdur. Tək ziyan avtomobilə dəyib. Əsas odur ki, canımız salamatdır. Heç kim xəsarət almadı. Elton sosial şəbəkədə açıqlama da yayıb. Heç kim narahat olmasın. Narahat olanlara, zəng edənlərə təşəkkür edirəm”.

Qeyd edək ki, hadisə ilə bağlı məlumatı minval.info saytı yayıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …