Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / İstiqraz kimə və nəyə lazımdır?

İstiqraz kimə və nəyə lazımdır?

Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkə vətəndaşları üçün nəzərdə tutulan SOCAR istiqrazlarını ictimaiyyətə təqdim edib.

Publika.az xəbər verir ki, istiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək. Nominal dəyəri 1 000 dollar olacaq istiqrazlar illik 5% gəlir gətirəcək. İstiqrazların məcmu nominal dəyəri 100 mln. dollardır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.
Qeyd edək ki, istiqrazları “ASAN Xidmət”in 1 və 5 saylı xidmət mərkəzlərindən, “Azərbaycan Beynəlxalq Bankı”ndan, “Kapital Bank”dan, “Rabitəbank”dan, “Xalq Bank”dan, “Az Finance”dən, “İnvestaz”dan, “Paşa Kapital”dan əldə etmək olar.

Nəzərə çatdıraq ki, istiqraz – investisiya qiymətli kağızlarıdır.

SOCAR İSTİQRAZLARI

SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır.

BURAXILIŞ MƏBLƏĞİ?
100,000,000 (yüz milyon) ABŞ Dolları

NOMİNAL DƏYƏRİ
1000 (min) ABŞ Dolları

MÜDDƏTİ
3 illik

FAİZİ
İllik 5%

FAİZ ÖDƏMƏ PERİODU
Hər 3 ayda bir, 3 aylıq müddətdən sonrakı ilk iş günündə

Niyə SOCAR istiqrazları?

Etibarlıdır, Azərbaycanın ən böyük şirkəti və dövlət qurumu olan SOCAR tərəfindən buraxılmışdır.
SOCAR zəmanəti ilə yüksək gəlirlilik təklif edir.
Likviddir, asanlıqla pula çevrilə bilir.
Vətəndaşlarımız üçün vergidən azaddır.
SOCAR mənfəətlərinin Azərbaycan vətəndaşları ilə bölüşdürülməsini təmin edir.

İstiqraz necə alınır?

1) İnvestor (müştəri) şəxsiyyət vəsiqəsi ilə satış nöqtəsinə yaxınlaşır,
2) Şəxsiyyət vəsiqəsini operatora təqdim edir və şəxsi məlumatları bildirir,
3) Operator tərəfindən investorun şəxsi məlumatları qeyd edilir və investisiya şirkəti ilə investor arasında müqavilə bağlanılır,
4) Operator tərəfindən investora ödəniş haqqında məlumat təqdim edilir,
5) İnvestor ödəniş haqqında məlumatı bank kassasına təqdim edir və ödənişi həyata keçirir,
6) İnvestor bank tərəfindən ödənişin həyata keçməsi ilə bağlı verilən qəbzi operatora təqdim edir,
7) Operator tərəfindən investor üçün MDM hesabı açılır və abunə yazılışı ilə bağlı sifarişin həyata keçirilməsi tamamlanır,
8) Operator tərəfindən müqavilə çap edilərək investora təqdim edilir və investor tərəfindən imzalanır,
9) Bir gün sonra sifarişin qəbul edilməsi ilə bağlı MDM tərəfindən investora SMS göndərilir.
10) 10 oktyabrdan sonra emissiya prospektindəki alqoritmə əsasən yerləşdirmə həyata keçirilir,
11) Əldə olunmuş istiqraz miqdarı investora bildirilir və istiqrazlar investorun MDM-dəki hesabına köçürülür,
12) Sifariş edilmiş miqdar istiqrazların yerləşdirilməsindən sonra əldə olunan istiqraz miqdarından çox olduğu halda, artıq qalan məbləğ investorun bank hesabına köçürülür
SOCAR istiqrazlarının buraxılışının başlıca səbəbi
Azərbaycan Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsi. Eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsidir.

Niyə istiqrazlar hazırda sadəcə xarici valyuta – ABŞ Dolları ilə buraxılıb?

Hazırda bazar araşdırması onu göstərir ki, vətəndaşlarımız vəsaitlərinin əksər hissəsini ABŞ Dollarında saxlayır. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR istiqrazları ilkin mərhələdə ABŞ Dolları ilə buraxılır. SOCAR tərəfindən bazardakı tendensiyalar daim tədqiq olunur və gələcəkdə ABŞ Dolları nominallı istiqrazlarla yanaşı, milli valyutada da istiqrazların emissiyası planlaşdırılır. Bu barədə gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın