Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / İstintaq başa çatdı, ancaq biznes-ledi hələ də ərini qətlə yetirdiyini etiraf etmədi

İstintaq başa çatdı, ancaq biznes-ledi hələ də ərini qətlə yetirdiyini etiraf etmədi

Əri 40 yaşlı Araz Sofiyevin qətlində təqsirləndirilən “4S” şirkətinin rəhbərinin keçmiş müavini Rəna Sofiyevanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bununla əlaqədar sentyabrın 25-də Baş Prokurorluq rəsmi məlumat yayıb.
Rəna Sofiyeva Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham olunur.

İşin istintaqı başa çatıb, lakin müttəhim heç vaxt günahını etiraf etməyib. Qeyd edək ki, işə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
Bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Xatırladaq ki, qətl 7 iyul 2019-cu il, saat 03:00-da törədilib. A.Sofiyevin qarın nahiyəsinə 17 bıçaq zərbəsi endirilib, nəticədə o, yerindəcə ölüb. A.Sofiyevə divanda yatdığı zaman hücum edilib.
Əvvəlcə cinayət işində şahid qismində çıxış edən R.Sofiyeva istintaqı yanlış istiqamətdə yönləndirib və qətl gecəsi iki naməlum şəxsin evə girdiyini bildirib. Onun sözlərinə görə, cinayətkarlar evin sahibinin onlara borclu olduğunu söyləyiblər. Bu əsasda münaqişə yaranıb və sözügedən şəxslər A.Sofiyevi öldürüblər.
Lakin istintaq-əməliyyat qrupunun üzvləri tərəfindən bu məlumatların yoxlanılması zamanı A.Sofiyevin heç kimə borclu olmadığı üzə çıxıb. İstintaq qadının səhv məlumat verməsindən şübhələnib. Kişi ilə vəhşicəsinə davranan şəxslərin cinayətin əsas şahidi olan qadına toxunmaması da şübhə yaradıb.
Nəticədə, R.Sofiyevanın əvvəllər şahid qismində verdiyi ifadə təsdiqini tapmayıb.
Cinayətin cütlüyün ayrılmağa qərar verdiyi vaxt törədildiyi müəyyən edilib.

Araz Sofiyev
Bununla yanaşı Sofiyevlərin evinin yaxınlığında quraşdırılmış müşahidə kamerası cinayət gecəsi ərazidə naməlum kişini qeydə alıb. Sözügedən şəxsin tutulması qətlin şəraitinə aydınlıq gətirməyə imkan verəcək. Ancaq həmin şəxs hələ də müəyyən edilməyib.
İstintaqın əldə etdiyi dəlillər dolayı olsa da, R.Sofiyevanın qətldə iştirak etdiyini göstərir. Qətlə yetirilən şəxsin bədənində müəyyən olunan yaraların iki fərqli bıçaqla vurulduğunu göstərən məhkəmə tibbi ekspertizasının nəticəsi maraq doğurur. Hüquq-mühafizə orqanları R.Sofiyevanın tək olmadığı qənaətinə gəliblər.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …