Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İstehlak kreditləşməsi son 2 ilin minimum həddinə enib

İstehlak kreditləşməsi son 2 ilin minimum həddinə enib

Bu il iyulun 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi 6 911,9 mln. manat təşkil edib.

Mərkəzi Bankdan verilən xəbərə görə, bu istiqamətdə kreditləşmə aylıq müqayisədə 20,8 mln. və ya 0,3%, ötən ilin müvafiq dövrünə nisbətən 972,7 mln. manat və ya 12,3%, ilin əvvəlindən isə 1471,7 mln. manat və ya 17,6% azalıb.

Hesabata əsasən, kreditlərin 1588,4 mln. manatı ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına yönəldilib. Bu kreditlərin həcmi əvvəlki ayla müqayisədə 0,95% və ya 14,9 mln. manat, ilin əvvəlindən 46,0 mln. manat və ya 2,98% artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən 225,0 mln. manat və ya 16,5% artıb.

Ev təsərrüfatlarına kreditlərin ölkə iqtisadiyyatına qoyulan kreditlərdə xüsusi çəkisi əvvəlki ayla müqayisədə 0,6 faiz bəndi azalaraq 37,5% təşkil edib.

Qeyd edək ki, ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi iyulun 1-nə iki illik minimuma enib. Belə ki, cari il iyulun 1-nə olan göstərici 2014-cü il iyulun 1-dən bu yana qeyd alınan ən aşağı göstəricidir. Həmin tarixdə bu sahəyə kreditlərin həcmi 6819,9 mln. manat təşkil edib və iyul ayından artmağa başlayıb və avqustun 1-nə 6986,1 mln. manat olub.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın