Bazar ertəsi , Oktyabr 25 2021
Ana səhifə / Kriminal / İstanbulda xəstəxanada yanğın baş verib

İstanbulda xəstəxanada yanğın baş verib

Türkiyənin İstanbul şəhərində xəstəxanada yanğın başlayıb.

NTV telekanalı xəbər verir ki, yanğın Qaziosmanpaşa Taksim Elmi Tədqiqat Xəstəxanasının damında başlayıb.

Güclü yanğın daha sonra binanın mərtəbələrinə keçib.

Xəstəxanadakı xəstələr və tibbi personal təxliyə edilib. Ətrafdakı binalar da boşaldılır.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Yanğının başvermə səbəbləri və hadisə nəticəsində zərərçəkənlərin olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Həmçinin oxuyun

Yasin Məmmədov iş adamının 300 minini necə alıb? – İttiham aktı

Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev və onun tabeçiliyində çalışmış Yasin Məmmədov …