Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / İstanbulda sevgi, xəyanət və cinayət: doktor Aida Xasıyeva onu güllələyən həmkarını bağışladı?

İstanbulda sevgi, xəyanət və cinayət: doktor Aida Xasıyeva onu güllələyən həmkarını bağışladı?

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsində ötən ilin noyabrında Azərbaycanlı həkim Aida Xasıyevanı güllələyən sevgilisi və məsləkdaşı Cəlal Tosunoğlu 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq ittiham olunan şəxslə bağlı Bakırköy prokurorluğu tərəfindən hazırlanan iddanamə tamamlanıb. Yaxın günlərdə iş üzrə məhkəmə prosesinin keçirilməsi planlaşdırılır.

67 yaşlı həkim C. Tosunoğlu ifadəsində sevgilisi 36 yaşlı A. Xasıyevanın özünə yeni sevgili taparaq birgə ev tutduğunu, buna görə ondan və xəstəxanadakı işindən ayrılmaq istədiyini deyib. O, izləmə cihazı ilə qadının “İSTOÇ” isiqamətinə getdiyini öyrənib, lakin bunu ondan gizlətdiyinə görə aralarında bərk mübahisə yaranıb. O, həmçinin A. Xasıyevanı öldürmək istəmədiyini, hadisənin qəza nəticəsində baş verdiyini söyləyib.

C. Tosunoğlu ifadəsində onu da qeyd edib ki, azərbaycanlı həkim onun yanında 5 il əvvəl təcrübəçi kimi işə başlayıb. O, sonradan ölkədən deportasiya edilməməsi üçün xəstəxanada olan payının 40 faizinin A. Xasıyevanın adına keçirib. Hətta C. Tosunoğlu infarkt keçirən zaman xəstəxananı Xasıyeva idarə edib. 

Yaralanan və yalnız 23 gün sonra ifadəsi alınan A. Xasıyeva da hadisənin qəza olduğunu tədiqləyib. O, bildirib ki, C. Tosunoğlunun əlindən silahı almaq istəyərkən tapança təsadüfən açılıb.

Azərbaycanlı həkim həmçinin onu yaralayan sevgilisindən də şikayətçi olmayıb. Lakin, prokurorluq silahlı hücum anının görüntülərini araşdırıb və ittiham olunan şəxsin öldürmək məqsədilə qadının otağına girdiyini əsas gətirərək ona 9 ildən 15 ilədək həbs cəzası istəyib.  

Xatırladaq ki, A. Xasıyeva çalışdığı xəstəxananın sahibi olan C. Tosunoğlu ilə  sevgili olub və cütlüyün 4 yaşında övladı var.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …