Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İstanbula səfər edən turistlər arasında azərbaycanlılarilk 20-likdə yer alıb

İstanbula səfər edən turistlər arasında azərbaycanlılarilk 20-likdə yer alıb

Bu ilin birinci yarısında İstanbula səfər edən turistlər arasında azərbaycanlılar ilk 20-likdə yer alıb. Bu müddətdə İstanbulu 92 088 nəfər azərbaycanlı ziyarət edib. 

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

İstanbul Mədəniyyət və Turzim İdarəsinin hesabatına əsasən, birinci yarımildə ölkəyə səfər edən turistlər arasında 9,2% ilə almanlar birinci olub. Bu müddətdə şəhərə gələn turistlərin 7,7%-ni iranlılar, 4,6%-ni ruslar, 4,3%-ni Səudiyyə Ərəbistanından olan turistlər, 4,2%-ni iraqlılar, 3,5%-ni ingilislər, 3,4%-ni ukraynalılar, 3,3%-ni fransızlar, 2,9%-ni amerikalılar, 2,5%-ni hollandlar, 2,1%-ni Küveytdən gələnlər, 2,1%-ni türkmənlər və 2,1%-ni azərbaycanlılar təşkil edib. Çinlilər də cəmi turistlərin 2%-ni əhatə edib.

Qeyd edək ki, yanvar-iyun ayları ərzində İstanbula cəmi 4 385 153 turist səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalma deməkdir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın