Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / İsrail TANAP-a qoşulur – 9 milyard kub qaz ixrac olunacaq

İsrail TANAP-a qoşulur – 9 milyard kub qaz ixrac olunacaq

İsrail ilə Türkiyə arasında 2017-ci ilin sonuna qədər Avropaya qaz nəql etmək məqsədilə boru kəmərinin tikilməsinə dair razılıq əldə oluna bilər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Milli İnfrastruktur, Energetika və Su Təchizatı Naziri Yuval Ştaynits bu barədə açıqlama verib.

Onun sözlərinə görə, bu barədə iki ölkə arasında danışıqlar çoxdan başlayıb və danışıqların 4-cü turunda tərəflər arasında razılıq əldə olunub.

Plana əsasən, boru kəmərinin Leviafan qaz mədənindən başlayaraq Türkiyə sahillərinə qədər irəliləməsi, daha sonra TANAP-a qoşulması nəzərdə tutulur. Layihə 2019-cu ilin sonunda işə salınacaq və kəmər vasitəsi ilə il ərzində 9 milyard kub qaz ixrac olunacaq.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın