Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İsrail Əhmədov kimdir: İnvestor, yoxsa XXI əsrin “Şeyx Nəsrullahı”? – Şok İTTİHAMLAR

İsrail Əhmədov kimdir: İnvestor, yoxsa XXI əsrin “Şeyx Nəsrullahı”? – Şok İTTİHAMLAR

İsrail Əhmədov adlı “investor” haqqında önəmli məlumatlar əldə etmişik.

Ovqat.com-un əldə etdiyi məlumata görə, post-sovet məkanının bir çox ölkələrində “işgüzar” fəaliyyətilə ad çıxarmış bu adam indi Azərbaycanda lövbər salmağı planlaşdırır.

Artıq əsl silahını (reklam) işə salmaq ərəfəsində olan İsrail Əhmədovun bu gün Lider TV-ylə çəkilişi gözlənilir. Çəkiliş yeni “investor”un yeni şirkətinin açılışına həsr olunacağı xəbər verilir.  Mənbəmizin bildirdiyinə görə, hətta bu çəkilişə önəmli ictimai-siyasi xadimlər də dəvət olunub. Türkiyə ictimaiyyəti tərəfindən yaxşı tanınan deputat Qənirə Paşayeva da dəvətlilər arasındadır. İddialara görə, Türkiyədə də məşhur olan bu cür çəkili adamların açılışa dəvət edilməsi qardaş ölkənin iş dünyasının diqqətini çəkmək üçün nəzərdə tutulub.

Bəs, haqqında həyəcan təbili çalınan “investor” kimdir, hansı əməlləriylə tanınıb?

Gürcüstanlı soydaşlarımızdan olan mənbəmizin bildirdiyinə görə, İsrail Əhmədov ilk “işgüzar” fəaliyyətinə 2013-14 -cü illərdə Qazaxıstanda başlayıb: “O yaratdığı “Murad Mİ holdinq” şirkəti adı ilə bir çox layihələrə investor kimi təkliflər verib və özünü televiziya verilişlərində reklam edərək ciddi sahibkar imicini yaradıb. Beləcə, bir cox Qazaxıstan, Azərbaycan və Türkiyəli iş adamları öz toruna salıb, onlardan küllü miqdarda vəsait mənimsəyib. Daha sonra Qazaxıstanda həbs ehtimalı yarandığından dərhal ölkəni tərk edərək Gürcüstana “təşrif buyurub”.

Məlumata görə, “investor” Gürcüstanda da eyni fəaliyyətini davam etdirib. Hətta 2015-2016 illərində 14-dən çox layihəyə investisiya cəlb edəcəyini bildirərək, Gürcüstan Bas nazirinə qədər gedib çıxa bilib. Yenə tv-lərdə nazirlərlə görüslərini işıqlandırılıb və beləcə, toruna yeni-yeni iş adamlarını salmağı bacarıb:

“Gürcüstanda “İsrail investment llc” şirkəti adı ilə fəaliyyət göstərirdi. Hətta Gürcüstanın 8 kanalını almaq istədiyini bildirərək, fəaliyyətini dayandırmış kanalı aldıgını elan etmişdi. Dubay banklarından “Sity bang”ın saxta çek sənədini də tv-8 rəhbərliyinə avans olaraq verərək, onun ofisindən bir muddət faydalanmışdı”.

O da iddia olunur ki, İsrail Əhmədov Azərbaycana könüllü gəlməyib. “İnvestor”un Gürcüstanda da həbs olunmaq ehtimalı yarandığından bu addımı atdığı bildirilir.

Maraqlıdır ki, İsrail Əhmədov kiçik layihələrə də girmirmiş. Onun əlini batırması üçün layihələr gərək ən azı 20 milyon dollar dəyərində olmalıymış.

Məlumata görə, İsrail Əhmədov təkcə Gürcüstanda 50-dən çox iş adamını aldadıb. Onların arasında azərbaycanlılar da var. Qeyd edək ki, bizə həmin iş adamlarının telefonları da ötürülüb. Biz də sözügedən nömrələrə zəng edib faktı dəqiqləşdirdik. İş adamlarından bəziləri məlumatı təsdiqləsə də, bəziləri susmağa üstünlük verdilər.

İnformasiya qaynağımız bu məlumatı bizə ötürməkdəki məqsədini də gizlətmədi: “Azərbaycan indiki iqtisadi böhran vəziyyətində investor axtarışındadır. Bu da bir çox dələduz çevrələrin iştahını qabardır. Ölkə rəsmilərimiz və iş adamları bu cür məsələlərdə ehtiyatlı olmalıdırlar. Yoxsa, iqtisadi inkişaf yerinə, daha çox tənəzzüllə üzləşə bilərlər”.

Aldadıldıqları iddia olunan iş adamlarını danışdırmağa çalışacağıq.

Hələlik isə investorun Bayıl qəsəbəsi, Aydın Məmmədov 90 ünvanındakı  evinin və Dubay ofisinin şəkillərini paylaşırıq.

Ovqat.com

P.S. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın