Ana səhifə / Kriminal / İspaniyada “erməni mafiyası”na qarşı genişmiqyaslı əməliyyat keçirilib

İspaniyada “erməni mafiyası”na qarşı genişmiqyaslı əməliyyat keçirilib

 İspaniya polisi “erməni mafiyası” adlı cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kataloniyanın hüquq mühafizə orqanının “Twitter” səhifəsində bildirilib.

“Polis tərəfindən erməni mənşəli cinayətkar qruplaşmaya qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, silah alveri, tənbəki qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah ticarəti, idman oyunlarına stavkalar zamanı korrupsiya və Avropada törədilən başqa cinayətlərlə bağlı əməliyyat keçirilib ”, – deyə Kataloniya polisi bildirib.

Bildirilib ki, əməliyyat İspaniyanın Barselona, Madrid, Valensiya, Alikant, Albaset və başqa şəhərlərində keçirilir.

Məlumata görə, bu cinayətkar qruplaşma Ermənistan əsillidir. Onların ABŞ, Fransa, Belçika, İtaliya və Litvada şübhəli əlaqələri var.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …