Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / İsmayıllıda nənə və babasının əllərini bağlayıb armaturla döyərək öldürdü

İsmayıllıda nənə və babasının əllərini bağlayıb armaturla döyərək öldürdü

İsmayıllının Bizlan kəndində qətl hadisəsi törədilib.
 

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.


Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb.


İsmayıllı Rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Report.az)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …