Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / İsmayıllı hadisələrinin 5 ili – həbsdə qalan yalnız odur…

İsmayıllı hadisələrinin 5 ili – həbsdə qalan yalnız odur…

Bakıdan 2 siyasətçinin İsmayıllıya gəlib meydanda peyda olmaları heç nəyi dəyişə bilməzdi, amma onların həyatı elə dəyişdi ki….

İsmayıllı hadisələrindən 5 il ötür. 2013-cü il yanvarın 23-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun və başçının qardaşı, o dövrdə nazir olan Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun rayonda bir qəza üzərindən taksi sürücüsünü döyüb xəsarət yetirməsi yerli sakinlərin sərt reaksiyasına səbəb olmuşdu. Başçının oğlu və qardaşı oğlunun bir gözü şikəst olan taksi sürücüsünə qarşı zorakılığı onların özlərinin döyülməsi ilə nəticələnmişdi. İsmayıllının girəcəyində yerləşən və Ələkbərovlara məxsus olan “Çıraq” hotelinə qaçan əmiuşaqları oradan başlarının dəstəsi ilə qayıtmışdılar.

Bu isə hadisə yerində olan yerli sakinlərlə onlar arasında dava-dalaşın böyüməsinə səbəb olmuşdu, ümumilikdə rayon əhalisi haqda xoşagəlməz ifadələrin işlədilməsi isə bütün İsmayıllını ayağa qaldırmışdı. Dava-dalaş əraziyə xeyli rayon sakininin yığışması və “Çıraq” hotelinə qaçan əmiuşaqlarının təqibinə gətirib çıxarmışdı. Qısa müddətdə hotelə, hotelin ətrafındakı bir-birindən bahalı maşınlara od vurulmuş, yaxınlıqda yerləşən Nizami Ələkbərovun evi daş-qalaq edilmişdi. Həyətindəki nəqliyyat vasitələri isə odlanmışdı. Rayonda vəziyyət son dərəcə ağırlaşmış,  döyülən başçının oğlu və qardaşı oğlu rayondan Şamaxı xəstəxanasına, oradan isə Bakıya qaçırılmışdılar.

ismayıllı hadisələri ile ilgili görsel sonucu

Sakinlər olaydan sonra icra başçısının istefası tələbi ilə aksiyalara başlamışdı. Yanvarın 24-nə keçən gecə Bakıdan İsmayıllıya təhlükəsizlik qüvvələri yeridildi. Həmin gün İsmayıllı şəhərində yerli əhali ilə təhlükəsizlik qüvvələrinin qarşıdurması baş verdi. İstiot qazı və səs bombaları, yüksək təzyiqli su şırnağı vuran maşınlarla etirazçılar şəhərin mərkəzi meydanından sıxışdırılıb çıxarıldılar. Yanvarın 24-də səhər artıq meydanda etirazçılar gözə dəymirdi, şəhərin mərkəzi meydanı və meydana gələn bütün yollarda postlar qoyulmuşdu.

ismayıllı hadisələrinin ile ilgili görsel sonucu

Meydanın özü isə mühasirəyə alınmışdı. Rayon icra hakimiyyəti, polis idarəsi, prokurorluq binaları da məhz həmin meydanın ətrafında yerləşirdi. Ara-sıra icra başçısı Nizami Ələkbərov, polis idarəsinin rəisi Nizami Qocayev jurnalistlərin qarşısına çıxıb sualları cavablandırırdılar.

ismayıllı hadisələri icra başçısı ile ilgili görsel sonucu

Başçı hadisənin oğluna, qardaşı oğluna görə baş verdiyini inkar edir, “Çıraq” hotelinin onlara aid olmasını da yaxına buraxmırdı. Bununla belə, İsmayıllı hadisələrindən dərhal sonra icra başçısı Nizami Ələkbərov vəzifəsindən azad edildi, 10 ay sonra isə qardaşı Füzuli Ələkbərov nazir postundan uzaqlaşdırıldı.

***

ismayıllı hadisələri ile ilgili görsel sonucu

Rayona yeridilən təhlükəsizlik qüvvələrinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general Cavanşir Məmmədov rəhbərlik edirdi. Hadisə baş verəndən dərhal sonra İsmayıllıya ezam edilən bu sözlərin müəllifi də bir neçə dəfə Cavanşir Məmmədovdan münasibət öyrənmək, vəziyyətin nə yerdə olduğunu xəbər almağa cəhd etmişdi. General danışmır, əli ilə ona tərəf uzatdığımız diktofonu kənara çəkməklə hər hansı bir açıqlama verməkdən yayınırdı. Meydan boş, ətrafı da tam mühasirəyə alınmışdı. Cavanşir Məmmədovun şalvarındakı enli qırmızı zolaq və ətrafında kostyumda gəzişən dəstə hər kəsin diqqətini cəlb edirdi. Ara-sıra əyinlərində üzərində “press” sözləri yazılan jiletlərdə olan mətbuat nümayəndələri generala yaxınlaşır, o da sanki and içibmiş kimi ağzından bir kəlmə çıxarmırdı. Günortadan sonra idi, artıq ara sakitləşməyə doğru gedirdi. Meydan rayonun ortasında, əsas dükanların yerləşdiyi küçələri birləşməsində yerləşdiyindən sakinlər artıq heç nə olmamış kimi əraziyə gəlir, alış-veriş edib meydanın ortasından keçməklə evlərinə yollanırdılar. Meydanı mühasirəyə alan təhlükəsizlik qüvvələri də onlara elə də mane olmurdular. Redaksiyaya gecədən səhərə, səhərdən günortaya qədər xeyli foto-video material yollamışdıq deyə meydanın ətrafında var-gəl edib hadisələrin hansı axarla inkişaf edəcəyini müşahidə edirdik. Bayaqdan meydanda asta addımlarla yeriyən Cavanşir Məmmədovun cəld hərəkətləri diqqətimi cəlb etdi.

ismayıllı hadisələri ile ilgili görsel sonucu

***

Həmin anı hadisələrin siyasiləşməsi istiqamətində dönüş nöqtəsi də adlandırmaq olar. Çünki ona qədər tutulanları sadəcə cərimələyib, qulaqburması verib yola salırdılar. Etirazçılara qarşı gecə olduğu kimi istiot qazı, səs bombasından istifadə edilmirdi. Əhali arasında böyük hörmət sahibi olan polis rəisi Nizami Qocayev küçələri gəzib-dolaşır, sakinləri evlərinə qaytarmağı bacarırdı. Xüsusi gərginlik ocağı da artıq yox idi. Belə bir vaxtda Bakıdan 2 siyasətçinin İsmayıllıya gəlib meydanda peyda olmaları heç nəyi dəyişə bilməzdi. Onları uzağı polis həbs edə bilərdi, o da baş verdi.

Generalın əlini tuşladığı istiqamətə baxdım. Artıq həmin istiqamətə Cavanşir Məmmədovun ətrafındakı idmançı görkəmli kostyumlular qaçırdı. “Silahımı” – fotoaparatı açıb həmin istiqamətə çatanda artıq kostyumlular Tofiq Yaqublunun qollarından tutmuşdular, bir neçəsi də qarşımızı kəsib foto, video çəkməyə mane olmağa çalışırdı. Bir qismi də meydanın digər istiqamətinə qaçıb İlqar Məmmədovu saxladılar. Sonradan xəbər gəldi ki, Cavanşir Məmmədovun göstərişinə əsasən hər 2 şəxs  rayon polis şöbəsinə, oradan da müşayiət altında Bakıya qaytarılıb sərbəst buraxılıblar.

ismayıllı hadisələri ile ilgili görsel sonucu

Yəni Tofiq Yaqublu  ilə İlqar Məmmədov istəsəydilər belə meydanda kimlərisə etiraza çağıra bilməzdilər. Çünki İsmayıllı hadisələri bir neçə saatın içində baş verib və yekunlaşmışdı, meydan boş idi.

Növbəti günlərdə REAL sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu istintaqa çağırıldılar. Tofiq Yaqubluya və İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürüldü.

ilqar məmmədov ile ilgili görsel sonucu

2014-cü ilin martında Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Məmmədovun 7 il, Tofiq Yaqublunun 5 il, 16 rayon sakinin isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələri haqda hökm çıxardı. Məhkəmə İlqar Məmmədovla Tofiq Yaqublunun İsmayıllı hadisələrinin təşkil etmələri haqda ittihamları təsdiq edən hər hansı sübutun, dəlilin yoxluğuna da əhəmiyyət vermədi.

ismayıllı hadisələri ile ilgili görsel sonucu

Tofiq Yaqublu 2016-cı ilin martında azadlığa çıxsa da, İlqar Məmmədov hələ də həbsdədir. Bu gün İsmayıllı hadisələrinə görə həbsdə qalan yeganə şəxs də ilqar Məmmədovdur. Beynəlxalq təşkilatlar onu “vicdan məhbusu” kimi tanıyıblar.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrini pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib. Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-in Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …