Ana səhifə / Kriminal / İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olanların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olanların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələri onların həyat və sağlamlıqları üçün ciddi təhlükədir. Buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir. 

Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə noyabr ayından başlayaraq Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qayda pozuntusuna yol vermiş 40 nəfər, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlərlə isə ümumilikdə 84 nəfər şəxs müəyyən edilib.

Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …