Ana səhifə / Kriminal / İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi, qalib gəldi – Azərbaycanda

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi, qalib gəldi – Azərbaycanda

Azərbaycanda müəllim işdən çıxarıldığına görə orta məktəbi məhkəməyə verib.
Azinforum.az “Report”a istinadən xəbər verir ki, Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.
Calud kənd orta məktəbi qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllimi haqlı çıxararaq qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.

Həmçinin oxuyun

Baş direktorla müavininin rüşvət almasının görüntüləri – Video

Baş Prokurorluq Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxslərinin rüşvət almasını əks etdirən görüntüləri yayıb.Görüntülərdə mərkəzin …