Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “İşbazlar əhaliyə dəyərindən 20 dəfə baha qiymətə yemlik kartof satırlar”

“İşbazlar əhaliyə dəyərindən 20 dəfə baha qiymətə yemlik kartof satırlar”

Təəssüflər olsun ki, ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartof istehlak bazarına çıxarılır və əhaliyə ərzaq kartofu kimi təqdim olunur.

Hətta insan orqanizmi üçün təhlükəli olan bu məhsulu inhisarçı işbazlar əhaliyə dəyərindən 20 dəfə baha qiymətə satırlar. Əslində texniki sort kartof spirt, kraxmal, plastmas istehsalında, yemlik sort kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə üçün nəzərdə tutulur.
Texniki və yemlik sort kartofların məhsuldarlığını artırmaq məqsədilə istehsal zamanı zəhərli kimyəvi maddələrdən, pestisidlərdən daha çox istifadə olunur. Ona görə də onlardan qida kimi istifadə etmək insan orqanizmi üçün zərərlidir.

Vahid Məhərrəmli, kənd təsərrüfatı üzrə mütəxəssis

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın