Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İş görmək adıyla 60 min manat ələ keçirən dələduz yaxalandı – VİDEO

İş görmək adıyla 60 min manat ələ keçirən dələduz yaxalandı – VİDEO

Paytaxtda dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov qeyd edib ki, Cahid adlı şəxs ona yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib və 60 min manat pulunu ələ keçirib.

Zərərçəkən həmin şəxsə 2017-ci ilin aprel ayında Bakıxanov qəsəbəsində həmin işin görülməsi müqabilində pul verəndən sonra isə Cahid verdiyi vədə əməl etməyək onu aldadıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində həmin şəxs – Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Cahid İsayevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …