Ana səhifə / Kriminal / İş adamının həyat yoldaşı məhkəmə zalında qandallandı

İş adamının həyat yoldaşı məhkəmə zalında qandallandı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə, iş adamı olan həyat yoldaşına qarşı dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum olunub.

Zamində olan T. Abdullayeva məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, T.Abdullayeva həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında saxlanılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan sonra əldə etdikləri yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib və bunu şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla edib.

Onun sözlərinə görə, bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirib, ona 890 min manat məbləğində ziyan vurub.

Təyminə Abdullayeva isə bildirib ki, təsadüfən tanış olduğu Səkinə İsmayılova özünü gözəllik salonunun sahibi kimi təqdim edərək, oranı T. Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. S. İsmayılovanın təklifi əsasında T.Abdullayeva evini girov qoyaraq Lizing şirkətindən kredit götürüb, həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən, aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınmasının və pulun yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib. Buna görə də digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra T. Abdullayevaya pul ödəmədən evi S. İsmayılovaya satıb.

Onu da qeyd edək ki, Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir.

APA

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …