Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / İş adamının 73 min 500 dollarını alan şəxsin kriminal aləmlə əlaqələri var imiş – TƏFƏRRÜAT

İş adamının 73 min 500 dollarını alan şəxsin kriminal aləmlə əlaqələri var imiş – TƏFƏRRÜAT

Bakıda iş adamına qarşı dələduzluq etməkdə təqsirləndirilən Gürcüstan vətəndaşının məhkəməsi baş tutub. Onun Azərbaycana qayıdarkən həbs edildiyi məlum olub.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hətəm Əliyev ifadə verib.

Картинки по запросу məhkəmə

Şahid qismində dindirilən Hətəm Əliyev bildirib ki, Elvin Musayev İdarəyə müraciət edərək Djambulat Alakhverdov tərəfindən dələduzluğa məruz qaldığını deyib.

Hətəm Əliyev əlavə edib ki, şikayət araşdırıldıqdan sonra Djambulat Alakhverdov idarəyə dəvət edilib və ifadəsi alınıb. Daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Djambulat Alakhverdov buna etiraz edib. İddia edib ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilməyib.

Картинки по запросу həbs dələduzluq

“Əvvəla mən dələduzluq ittihamı ilə razı deyiləm. Çünki mən bu işi eləməmişəm. Əgər eləsəydim, heç Gürcüstandan Azərbaycana qayıtmazdım. Mən bu işi yoluna qoymaq üçün gəlirdim. Elvin Musayev pulu Fuad Quliyevə verib. Elvin də Fuadı mənim vasitəmlə tanıyıb. Onları mən tanış etmişəm. Bu işi görə biləcəyini demişəm. Pulu da mən yox, Fuad Quliyev özü alıb. Mən Gürcüstandan qayıtdım ki, bu problemi həll edək, danışaq deyə. Məni sərhəddə saxladılar. Oradan Qazaxa polisə gətirdilər. Oradan da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verildim. Məni döyməyiblər, təzyiq göstərməyiblər, amma bu işdə bəzi düz olmayan məqamlar var. Mən indi də razıyam ki, bu işi həll edək. Həbsdə qalmaq istəmirəm. Ona görə də idarədə olanda pulu ödəyəcəyimi dedim, işi öz üzərimə götürdüm”– deyən Djambulat Alakhverdov dostu Fuaddan da xəbər ala bilmədiyini deyib.

Söyləyib ki, sonuncu dəfə Fuad Quliyevin Ukraynada olmasından xəbər tutub.

Картинки по запросу new 100 dollar bill

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hətəm Əliyev bildirib ki, Djambulat Alakhverdov dindirilən zaman Fuad Quliyevin soy adını Alıyev kimi deyib. Buna görə də istintaq tərəfindən onun müəyyənləşdirilməsi çətin olub. Daha sonra isə Djambulat Alakhverdova Fuad Quliyevin şəkli göstərilib.

Djambulat Alakhverdov isə söyləyib ki, Fuadın soy adını Quliyev kimi bilib. Onun soy adının Alıyev olmasından saxlanılan zaman xəbər tutub: “Mənə Fuadın fotosunu göstərəndə bildim ki, odur. Mən bunu yalandan deməmişdim. Əgər bilsəydim əvvəlcədən deyərdim ki, öz işim də asan olsun”.

Məhkəmədə məlum olub ki, axtarışa verilən Fuad Quliyevin kriminal aləmin nüfuzlu şəxsləri ilə yaxın əlaqələri var. İddia edilir ki, o, bu əlaqələrdən istifadə edərək zərərçəkmişin pulunu qaytarmaqdan yayınır.

Djambulat Alakhverdov isə bu barədə heç bir söz deməyib. Elvin Musayevə dəymiş zərəri ödəməyə çalışdığını deyən Djambulat Alakhverdov həbsdə qalmaq istəmədiyini bildirib. Məhkəmədən xahiş edib ki, pulu ödəmək üçün ona vaxt verilsin və azadlığa çıxamasına köməklik göstərilsin.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, Gürcüstan vətəndaşı olan D.Alakhverdov azərbaycanlı biznesmen Elvin Musayevə qarşı dələduzluq edib.

Картинки по запросу lazer aparatı gətirəcəyi

Belə ki, o, E.Musayevin etibarından sui-istifadə edərək, Gürcüstandan ona lazer aparatı gətirəcəyi vədini verib. D.Alakhverdov bunun müqabilində zərərçəkmişdən 73 min 500 dollar alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib.

E.Musayevin şikayəti əsasında Azərbaycanda saxlanılan D.Alakhverdovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. (Musavat.com)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …