Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İş adamına qarşı əsassız iddialarla bağl AÇIQLAMA – “Şantaj və pul tələsidir, qanun qarşısında cavab verəcəklər”

İş adamına qarşı əsassız iddialarla bağl AÇIQLAMA – “Şantaj və pul tələsidir, qanun qarşısında cavab verəcəklər”

Ölkə mediasında tanınmış İş adamı, “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Məhərrəm Novruzova qarşı əsassız iddialar yer alıb.

İXAM.az xəbər verir ki, haqqında yazılanları təkzib edən, “Bağçalı Evlər” MTK-nın rəhbəri Hacı Məhərrəm Novruzov, saytlarda xoşagəlməz yazılar dərc edən və etdirənlərlə bağlı açıqlama verib.

“Gunlərdir, haqqımda bəzi saytlarda xoşagəlməz yazılar dərc edilir. Son zamanlar bəzi saytlar olanları bilmədən, araşdırmadan, böhtan xarakterli yazılarla mənim əlehyimə  məqalələr dərc etmək üçün dəridən,qabıqdan çıxaraq elə bil sıraya düzülüblər. Yazırlar ki, mən kimisə aldatmışam, guya kürəkənimi həbisdən xilas etməyə çalışıram. Bu necə ola bilər. Mən sadəcə iş adamıyam. Qanun isə hər şeydən üstündür. Məlum hadisə ilə bağlı məhkəmə gedir. Məhkəmələrə müdaxilə etmək haqqı isə mən də daxil heç kimin hüquqi deyil. Mən bir iş adamıyam, gördüyüm işlər, etdiyim xidmətlər dövlətim və vətəndaşım üçündür. Bundan sonra da belə olacaq. Dövlətimiz və qanunlarımız kimin, kim olduğunu hamıdan yaxşı bilir. Mənim işim tikmək və abadlaşdırmaqdır, qara işlər deyil. Bu əsassız yazılar da bəziləri üçün şantaj və pul tələsidir, onlarda yaxın günlərdə qanun qarşısında cavab verəcəklər. Jurnalistlərimizdən xahişim odur ki, məsələni ətraflı araşdırdıqdan sonra, yəni deyilən nağılları yox, özləri şahid olduqları hadisələri yazıb dərc etsinlər” deyə M. Növruzov bildirib.

“Qurtuluş 93” Yaşayış Kompleksinin təsisçisi Məhərrəm Novruzov, iş adamı Nazim Qəzənfərov ilə aralarında yaşanan problemin qaranlıq məqamlarına da aydınlıq gətirib. Məhərrəm Novruzovun dedikləri həqiqətləri, Nazim Qəzənfərov və yaxınları da təstiqləyib. Nazim Qəzənfərov vaxtı ilə mətbuat vasitəsi ilə Məhərrəm Novruzova qarşı iddialar səsləndirdiyini desədə, hal-hazırda onun adından yazılanları təkzib edərək pisləyib.

Qeyd edək ki,  “Qurtuluş 93” Yaşayış Kompleksinin təsisçisi Məhərrəm Novruzovla bağlı aparılan qara- piarla bağlı hüquq – mühafizə orqanlarına müraciət edildiyi də bildirilir. Lazımı orqanlara, iş adamı Məhərrəm Novruzovla bağlı qərəzli və şantaj hesab edilən yazılarla çıxış edən sosial meda vasitələri olan saytların adları təqdim edildiyi də söylənilib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …