Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / İRÖRM tədbir keçirir

İRÖRM tədbir keçirir

Bu gün Azərbaycan Türkiyə İş Adamları Birliyinin konfrans zalında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyininin təşkilatçılığı və BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə birgə “Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” layihəsi çərçivəsində Biznes nümayəndələri üçün seminar-treyninq təşkil olunub.

Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur.

Tədbirdə Azərbaycanda tanınmış 40-a yaxın şirkətlərin, sahibkarlar Assosiasiyalarının və dövlət qurumlarının nümayəndələri iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə açan Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisi ,“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev BMT-nin Qlobal Saziş təşəbbüsü haqqında iştirakçılara məlumat vermişdir. O, çıxışında bu şəbəkənin dünyanın ən böyük könüllü qrupu olduğunu bildirmişdir. Belə ki, şəbəkəyə dünyanın 161 ölkəsindən 13,000-dən çox kommersiya qurumu, Universitet, ictimai təşkilat qoşulmuşdur. Azərbaycanda isə bu təşəbbüs 2011-ci ilin noyabr ayından rəsmi şəkildə fəaliyyətə başlamışdır.

Qlobal Saziş təşəbbüsü bütün şirkətləri 4 başlıca istiqaməti özündə ehtiva edən 10 prinsip üzrə – insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiya əleyhinə mübarizədə BMT ilə yaxından əməkdaşlıq etməyə çağırır.

Sonra Seminar treyninqdə Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova – insan hüquqları, ətraf mühitin qorunması sahəsində, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse -prezidenti,  Beynəlxalq Mühasibatlıq üzrə ekspert Radil Fətullayev – əmək normaları, korrupsiya əleyhinə mübarizə üzrə mühazirələr oxumuşdular.

Qeyd edək ki, tədbir 31 oktyabr 2015-ci il tarixində də davam edir.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın