Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Kriminal / “İri marketlərdə monitorinq aparılmalıdır” – İqtisadçı

“İri marketlərdə monitorinq aparılmalıdır” – İqtisadçı

Mövsümi dəyişikliklərlə bağlı paytaxt Bakının müxtəlif mağazalarında yüksək faizli endirimlər tətbiq olunur.  50-60 və bəzən də 70-80 faiz civarında endirimlərə belə rast gəlmək mümkündür. 

Bəs, bu endirimlər nə dərəcədə realdır?

“Istehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İB sədri Azər Sərdarov Strateq.az-a bildirib ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir.

Onun sözlərinə görə, saxta endirimlər, eyni zamanda, qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar:

“Ona görə də bütün mağazalar endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirmi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir”.

Məsələnin həlli olaraq, Azər Sərdarov birmənalı şəkildə qanunun qəbul edilməli olduğunu bildirir:

“Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi xüsusi ilə iri marketlərdə qiymətlərin monitorinqini aparmalıdır, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir”.

Azər Sərdarov deyib ki, satılan məhsulun çek və qayiməsinin üzərində sonuncu qiymət ilə yanaşı, əvvəlki qiymətin əks olunmaslna ehtiyac var ki, endirimləri görmək mümkün olsun.

Həmçinin oxuyun

Azərbaycanlı müğənni Moskvada həbs olundu – Ev yandırdı (FOTO)

Moskvada azərbaycanlı müğənni Rizvan Əliyev həbs olunub. Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan müğənni  …

Bir cavab yazın