Şənbə , Dekabr 4 2021
Ana səhifə / Kriminal / İranın “verbovka“ etdiyi killer Orxanın məhkəməsi başlanır

İranın “verbovka“ etdiyi killer Orxanın məhkəməsi başlanır

Kipr polisi bu il sentyabrın 27-də həbs edilmiş azərbaycanlı killerə nəhayət rəsmi ittiham irəli sürüb.

Virtualaz.org bildirir ki, The Washington Post”a istinadən xəbər verir ki, polis 38 yaşlı Rusiya vətəndaşı Kiprdə yaşayan israilli biznesmenləri qətlə yetirmək üçün sifarişlə göndərildiyini təsdiqləyib. Bu haqda Kipr hüquq-mühafizə orqanlarının nümayəndəsi açıqlayıb.

Həmin məmur bildirib ki, 38 yaşlı şübhəli barəsində səkkiz maddə üzrə ittiham irəli sürülüb və o, gələn ay məhkəmə qarşısında dayanacaq. Bu maddələrə cinayətkar qruplaşmaya mənsub olmaq, qanunsuz silah gəzdirmək, sui-qəsd planlaşdırmaq da daxildir. Habelə ona qarşı terrorçuluq maddəsi üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, barəsində xarici medianın neçə vaxtdır yazdığı killerin kimliyi gizli saxlanılırdı. Nəhayət bir gün əvvəl jurnalistlər onun kimliyini müəyyən edə biliblər, məlum olub ki, həmin şəxs Orxan Əsədovdur. Bir neçə gün əvvəl onun Kiprə getmiş qardaşı demişdi ki, həmin şəxs Moskvada ticarətlə və taksi fəaliyyəti ilə məşğul olub, ailəsini çətinliklə dolandırıb və günahı yoxdur.

Lakin həmin kiprli məmur deyib ki, azərbaycanlının həbsi onun planlaşdırdığı qətlin həyata keçirilməsinə lap az qalmış mümkün olub. Mənbə bildirib ki, Kipr polisi onun izinə “xarici kəşfiyyat agentliyindən” daxil olan məlumat əsasında düşüb.

Bundan əvvəl isə Kipr mediası həmin xarici kəşfiyyat xidmətinin İsrailin “Mossad” xarici kəşfiyyat agentliyi olduğunu bildirmişdi. Məlumatda deyilirdi ki, “Mossad” həmin azərbaycanlını Rusiyada neçə vaxtdır izləyirdi və onun İran xüsusi xidmət orqanları ilə təmaslarını müəyyən etmişdi.

Xatırladaq ki, azərbaycanlı killerin işi üzrə Kiprdə biri yemək çatdıran kuryer olmaqla daha beş nəfər həbs edilib, habelə onun gizlətdiyi 2 silah tapılıb. Killerin İran xüsusi xidmət orqanlarının sifarişi ilə göndərildiyi bildirilir, onun hədəfindəki biznesmenlərdən biri də israilli milyarder Tedi Saqi olub.

Həmçinin oxuyun

Bakıda intihar edən qızı videosu ilə şantaj edən şəxs həbs olundu

“Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı …