Ana səhifə / Kriminal / İran prezidenti Azərbaycanla imzalanan sazişi təsdiqlədi

İran prezidenti Azərbaycanla imzalanan sazişi təsdiqlədi

Azərbaycan və İran arasında imzalanmış saziş prezident Həsən Ruhani tərəfindən təsdiq olunub.

APA-nın məlumatına görə, prezident Həsən Ruhani İran konstitusiyasının 123-cü maddəsini rəhbər tutaraq parlamentin təsdiq etdiyi qanunun icra olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin icrası ölkənin Energetika Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi 2016-cı ilin dekabr ayının 7-də İran parlamenti tərəfindən ratifikasiya edilib və ölkənin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın