Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / İran əsilli oliqarx Gədəbəy qızılına öz cibindən 4 milyon dollar yatırır

İran əsilli oliqarx Gədəbəy qızılına öz cibindən 4 milyon dollar yatırır

İran əsilli azərbaycanlı iş adamı Rza Vəziri Gədəbəyin qızıl yataqlarında hasilat işlərinə şəxsi kapitalından 4 milyon dollar nağd pul yatırmağı qərara alıb.

Azinforum.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə Gədəbəydə qızıl və mis yataqlarının operatoru olan “Anglo Asian Minning” şirkəti məlumat yayıb. Rza Vəziri həmin şirkətin icraçı direktorudur.

Şirkət bildirir ki, Rza Vəzirinin yatırdığı pullar əməliyyat kapitalı kimi istifadə olunacaq. Kapitalın ilk 2 milyon dollarının artıq hazırlandığı bildirilir.

Rza Vəzirinin qızıl yataqlarında hasilat işlərini maliyyələşdirmək üçün nədən şəxsi kapitalından istifadə etməyə qərar verdiyi açıqlanmır. Ancaq ehtimal edilir ki, bu, “Anglo Asian Minning” şirkətinin əməliyyat kapitalının azalması, borcların artması, sərfəli şərtlərlə kreditlərin cəlb edilməsinin baş tutmaması ilə əlaqəlidir.

Ötən ay “Anglo Asian Minning” qızıl və mis hasilatının artdığını açıqlamışdı. Şirkət ilin ilk üç ayı ərzində 17 min 193 unsiya qızıl hasil edib. Qızıl hasilatı ötən ilə nisbətən 52 faiz artıb, gözlənilir ki, bu il hasilat 70-75 min unsiya təşkil edəcək.

Şirkət bu ilin birinci rübündə unsiyası 1214 dollardan olmaqla 17 min 206 unsiya qızıl satıb. Buna baxmayaraq şirkət rübü 50.7 milyon dollar borcla başa vurub.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın