Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / İqtisadiyyatımızı xilas edəcək möcüzəli meyvə – TƏHLİL

İqtisadiyyatımızı xilas edəcək möcüzəli meyvə – TƏHLİL

Narın faydası və faydalı müalicəvi əhəmiyyəti əsrlər bəri məlum olsa da, bu meyvəyə dünya miqyasında maraq ABŞ-da 2000-ci ildə başlanan böyük reklam və maarifləndirici təbliğat kampaniyasından sonra o son on dörd ilin “super meyvə” statusunu qazanmışdır. Müxtəlif dövrlərdə alma,ananas,banan kimi meyvələr olmuşlar.Nar istehlakı ABŞ-da 2002-ci ildə iki il öncə ilə müqayisədə on dəfə artmışdı və bu tendensiya o vaxtdan dünyaya yayılmağa başladı,məhz bundan sonra geniş həcmdə nar bağlarının salınmasına və nardan müxtəlif çeşiddə məhsulların istehsalına başlandı və bu məhsullar xərçəng,immun çatışmamazlığı Aids xəstəliklərindən panaseya kimi təqdim olundu.

Hazırda Avropada 1050, Ş.Amerikada 1400, Latın Amerikası ölkələrində 1500,Yaxın Şərq və Afrikada 1420, Mərkəzi və Şərqi Asiya ölkələrində 1380 marka və çeşiddə nar məhsulları istehsal olunur.Yalnız 2013-də 400 adda yeni məhsul istehsal olunmuşdur.Ümümən dünyada 3,5 mln.tn. nar meyvəsi yetişdirilir ki, onun da 1/3 emal sənayesində istifadə olunur.Nar yığımı : Hindistan 1,4mln,t., Iran 1,1 ml.t., Türkiyə 400 m.tn., ABŞ 300 m.t., Azərbaycan 150 m.t., Iraq 80, Israil 60, Misir 50, Əfqanıstan,Özbəkistan,Tunis,Suriya 45, Mərakkeş, Kipr, Yunanıstan,Türmənistan, Portuqaliya, C.Afrika , Çili, Argentina,Avstraliya 25-35, Ispaniya 60 min tn., bundan başqa Gürcüstan, Ermənistan, Rusiya,Ukrayna,Qırğızstan və bir sıra digər ölkələrdə nisbətən az həcmlərdə nar yetişdirilir.ABŞ nar sortu Wonderfull emal sənayesində ən çox işlənir,nar dənələmə makinaları məhz bu növə hesablanmışdır.Adambaşına istehlaka görə ABŞ dünyada birinci yerddə,eyni zamanda təzə nar və Nar Konsentratı idxalına görə dünya birincisidir. Avropada ən böyük istehlakçı Böyük Britaniya,ikinci yerdə Almaniya,üçüncü isə Pribaltika ölkələri sayılır.Dünyanın ən böyük isracatçısı Irandır, ikinci yerdə Hindistan,üçüncü yerdə Türkiyə.Avropanın ən böyük ixracatçısı Ispaniya, ikinci Türkiyə,üçüncü Israil.Bazarda yaranmış tendensiyaya görə BB,Avstraliya ABŞ-dan,C.Koreya Irandan,Yaponiya ABŞ-dan,Çin
Hindistandan,Rusiya Iranda, Ukrayna Irandan daha çox məhsul idxal edir.Nar məhsulları bazarı bir sıra digər məhsullar və konsentratlar kimi monopolist təsirlərə məruz qalmayıb,onun satışı istehsalçının reklam və marketinq fəaliyyətindən asılıdır.Nar daha çox müalicəvi meyvə xarakteri daşıdığından hazırda məhz bu seqment üzrə dünya birincisidir,nar şirələri,nar ekstraktları,əsasən Nar Konsentratından hazırlanan müxtəlif şirə,içki,nar şərabı və tipli məhsullar dünya müalicəvi meyvə bazarının 40%-ni təşkil edir, ikinci yerdə Acai şirkətinin draqon giləmeyməsi,daha sonra müxtəlif çoxsaylı bitkilər. KONSENTRAT satışı bazarına daxil olarkən ilk növbədə dünya şirə istehsalçıları və istehlakçıları olan ABŞ, BB,Almaniya, Rusiya, Braziliya,Çili, Meksika ,C.Koreyaya diqqət yetirmək lazımdır.Braziliya və Çili nar Konsentratından qarışıq şirələrin istehsalında çox istifadə edirlər.Idxalçı ölkələr nar Konsentratının keyfiyyətinə çox diqqətlə yanaşırlar,onun nar qabığı,çəyirdəyi ilə qarışıq olmamasına,digər kimyəvi maddələrin olub olmamasını yoxlayırlar,çöküntü məsələsinə diqqət də əsas parametrlərdəndir.ABŞ da import xəbərdarlığı deyilən qara siyahıda www.accessdata.fda.gov bir sıra Iran,Türkiyə,Çili nar konsentratı idxalçılarının adı var.Bu səbəbdən narın dənələnməsi prossesi xüsusi ilə diqqət mərkəzində olmalıdır,lakin mənə məlumdur ki,Aznarda keçən ilə kimi dənələnmə prossesindən istifadə olunmurdu,nar qabıq,çərdək qarışığı sıxma prossesinə məruz qalırdı,lakin buna baxmayara Aznar Konsentrat ixracı ilə uğurla məşğuldur.Hazırda dünya şirə bazarında birinci beşliyi bu meyvə şirələri təşkil edir, qarışıq meyvə şirələri, alma,apelsin,tomat,multvitamin.Deməli son illərdəki uğuruna baxmayaraq nar şirəsi ikinci onluqda ola bilər, bu səbəbdən də Konsentrat satış həcmlərinin müəyyən məhdud bir həcmdə olması müəyyənləşir,hətta bu barədə ümumi statistik rəqəmlərə rast gəlinmir, pərakəndə şəkildə göstərilən rəqəmlər isə ümümi fikrə gəlməyə qənat vermir, lakin bu həcmlər yüz min ton civarında ola bilər.Diqqət etmək lazımdır ki, nar Konsetratının qiyməti də digər konsentratlardan kifayət qədər bahadır.Bazara ugurla daxil olmaq üçün hər şeydən əvvəl dünya standartlarına cavab verən məhsula və rəqabət gücünə malik qiymətə malik olmaq gərəkdir, əvvəlcədən potensial bazar və müştərilərin dərin marketinqi , analizi aparılmalı, müəyyən iri treyderlərlə əlaqələr qurulmalı,konsentrat bazarı barədə daha dərin məlumatlar əldə olunmalı və bundan sonra yatırım konsepsiyası gündəmə gətirilməlidir , bunun üçün ayrıca plan tutulmalı, iki-üç ay ərzində intensiv işlər görülməlidir. AZNAR Göyçay on ildən artıqdır ki, nar şirəsi,narşərab və nar Konsentratı istehsalı və satışı ilə məşğuldur, bu ana bu məhsulları uğurla ixrac edir, kifayət qədər bazarda tanınır,müştəri bazası genişdir,bir sıra ölkələrdə iri treyderlərdən tutmuş kiçik firmalara kimi onun nar Konsentratını təklif edirlər,lakin şirkət yaxın illərin perspektiv planlarını əvvəlcədən araşdırır,2014-2016 da eksport həcmləri perspektivinə belə yanaşir : ABŞ 1500 Mtn,Kanada 400 tn., Almaniya 300 tn, Rusiya 400 tn, BB 250tn, C.Koreya 120 tn, Meksika 100 tn, Avstralya 120 tn, Niderland 160 tn, Fransa 140 tn., Əlbəttə bu yalnız perspektiv plandır,bundan başqa Aznar digər sənaye sahələri,kosmetika,dərman,ərzaq əlavələri pişşeviye dobavki, üçun də ekstrakt istehsal etməyi nəzərdə tutur, bu sahələrdə xüsusi ilə Yaponiya, C.Koreya şirkətləri ilə əməkdaşlıq edir.2013 də şirkətin nümayəndələri Meksikada, Braziliyada,Almaniyada, Avropanın və dünyanın bir sıra ölkələrində təşkilçedilmiş sərgi ,simpozim,konfranslarda Ispaniya,Rusiya, Türkiyə, içtirak etmiş, məhsullarını nümayiş etdirmiş, yeni müştəri bazası yaratmışlar.Şirkət öz saytında nar və məhsulları barədə müxtəlif reklam və elmi xarakterli məqalələr də yerləşdirir.Nar məhsullarının və Konsentratının hazırki durumundan,petspektivindən,yüksək satış qiymətindən çıxış etsək, Yatırım planlarında bu yanaçma tədbirlərini də nəzərə almaq məqsədəuyğun olardı.Ümumiyyətlə isə Qərb bazarları ilə yanaşı ilk növbədə Rusiya, Qazaxstan,Ukrayna, Belarusiya,Pribaltika bazrlarını çıxış nöqtəsi kimi qəbul edərək bu məkanlarda iri Konsentrat satıcısı olan kompaniyalarla, şirə istehsalı zavodları ilə,digər bazar iştirakçıları ilə əlaqələr qurmaq məsləhət olardı,məsələn Rusiya bazarında 2013 də 3,1 mlrd.lt.müxtəlif şirələrdən istifadə olunub,2014 də bu rəqəm 3,5 mlrd.litr təşkil edəcək, hazırda Rusiyada nar şirəsindən istifadə ilbə -il artır,Həştərxan ezamiyyəti zamanı bu şirənin hətta bu quberniya şəhərində aktiv satıldığının şahidi oldum və bu barədə ezamiyyət hesabatımda yazmışam.Rusiya nar konsentratı bazarında Iran şirkətləri ilə yanaşı Aznar da aktiv fəaliyyət göstərir,Azqranata, Miri Pak, Baki kons.Moskva da nar şirəsi,narşərabla yanaşı Konsentrat da təklif edirlər,hətta bir sıra hallarda bunu Rusiyadakı anbarlarından kiçik topdan satış şəklində də təklif edirlər, bir çəlləkdən bir neçə tona kimi,hətta məhsulun mərkəzi reqionlara pulsuz çatdırılmasını da təmin edirlər.Azərbaycan konsentratını çoxsaylı treyderlər də təklif edirlər,hətta ofisi Yunanıstanda olan firma belə bu məhsulu satışa çıxarır.Aşağıda Rusiya nar Konsetratı satışı həyata keçirən firmaları qeyd edirəm : 1. www.Falkontradinq.ru 65 %, 7min evro tonu, bu şirkət məhsullarımızla maraqlanır. 2.www.tdtriada.ru , 65 %, Azb 5500 doll,iran 6000 doll.,3.http://afrosaib.blizko.ru , özb.,65%, 5000 doll.,saratov müşt.yaxın partnyoru.4.http:// merkatos.net , 65% , azb. 3900 doll., 5.eurowine.com ua , Cibtak,3820 doll., 6. www.doveco.ru azb, iran, 65%, ambarları Moskva, NRsk,Vladivostok, Saratov,Tomsk. 7.www.telli.ru azb 65% 8 -10. Bozorqmehr,Zanus ar, Şirin asal iran şirk., Moskva,Həştərxan, bu şirk.əlaqələr var.,bax.Həştərxan hesabatı. Zanus Ar., iran, 65%, 194 rub., 11.OOO Kenz, Iran,65 %, 158 rub., 12.Soyuz Konsentrat, S.P., www.fineunion.com iran,azb 65% , ambar., S.P., Krasnodar,Həştərxan., 13.Megafruit.ru , SP, Həştərxan 14.http://incos.ru , iran,azb., özb., israil , 65% 15.Frulantis.com ,Yunanıstan, 65%, azb. və s. Beləliklə,nar konsentratı satışı barədə bəzi məlumatlardan sonra bir məsələyə də diqqəti çəkmək istərdim,bu da nar məhsulları barədə olacaq,hazırda Holdinqimiz nar şirəsi istehsal edir, bununla yanaşı nar morsunun ( 20% nar şirəsi, Almaniyada Dovqan şirkəti məhz bu məhsulu uğurla satır, ümumiyyətlə isə almanlar şirələri qazlı su ilə qarışdırıb ona Şorli deyirlər, bu şəkildə içməyə üstünlük verirlər), nar mürəbbəsinin,cem tipli nar dənələri şəkər ilə, qurudulmuş nar dənələri,dondurulmuş nar dənələri, qarışıq nar kompotunun istehsalı məsələsini də nəzərdən keçirmək olar,bu məhsullrı həm xarici,həm də daxili bazarda satmaq mümkündür .

Exsport Satış Departamentinin müşaviri H.Hüseynov

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın