Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İqtisadçı ekspertdən qorxunc proqnoz – Yaxın 6 ay ərzində…

İqtisadçı ekspertdən qorxunc proqnoz – Yaxın 6 ay ərzində…

“Manatın ucuzlaşması davam edəcək. İlin sonuna yaxın valyuta bazarında gərginlik dada da artacaq.”
Bunu Moderator.az-a açıqlamasında ADR hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlunun sözlərinə görə, məzənnənin hansı səviyəyə enəcəyini indidən demək çox çətindir:
“Hazırda valyuta bazarında qeyri-müəyyənlik hökm sürür. Manatın hansı səviyəyə qədər ucuzlaşacağını demək çətindir. Amma artıq görünən odur ki, manatın qiymətdən düşməsi qaçılmazdır. Manatın ucuzlaşması qiymətlərə də təsir edəcək. İdxal məhsulları bahalaşmağa davam edəcək.  Buna mövsümü amillər də öz təsirini edir. Ümumi gözləntim belədir ki, yaxın 6 ay ərzində qiymətlərdə çox ciddi artım olacaq, infilasiya da artıq qaçılmazdır. Hesab edirəm ki, infilasiya iki rəqəmli olacaq.”

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın