Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İpoteka şərtləri sadələşdirilir, məbləği artırılır

İpoteka şərtləri sadələşdirilir, məbləği artırılır

İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir.

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib. Nazir hesab edir ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq. İlk növbədə, İpoteka Fobdunun idarəetmə strukturu dəyuşdirilir. Bu gün İpoteka Fondunun yeni əsaslarla qurulması vacibdir ki, o bazara da çıxa bilsin, vəsait cəlb etsin. Bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara ipoteka kreditləri təqdim edə bilsin.

İpoteka şərtlərinin sadələşdirilməsi, məbləğin artırılması nəzərdə tutulur. Manatın ucuzlaşması ilə bağlı iporeka kreditlərinin məbləğinin artırılmasına, faiz siyasətinə yenidən baxılmasına ehtiyac var.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın