Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İpoteka kreditləşməsi azalıb

İpoteka kreditləşməsi azalıb

Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycan bankları 65,2 milyon manat məbləğində ipoteka krediti verib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, ilin 1-ci yarısının yekunu ilə müqayisədə 8,7 milyon manat və yaxud 15,4% çoxdur. Son 1 ildə isə ipoteka kreditləşməsi 2,2% azalıb.
Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə kreditlərin orta məbləği artıb. Bir il əvvəl ipoteka kreditlərinin orta məbləği 40 min manatı keçmirdisə, indii bu məbləğ 1,9% artaraq 40,7 min manat təşkil edib.
Kreditlərin müddəti də artıb – 1,7 ay. Bir il əvvəl ipoteka kreditləri orta hesabla 23 il 2 aylıq müddətə verilirdi. Hazırda isə bu müddət 23 il 4 aya qalxıb. Son 1 ildə kreditlərin orta illik faiz dərəcəsi 0,1% azalaraq 6,72%, kreditlərə görə aylıq ödənişin məbləği 21,2 manat azalaraq 297,5 manat təşkil edib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın