Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / İpoteka ilə mənzil satan «novostroyka»larda qiymətlər qalxdı

İpoteka ilə mənzil satan «novostroyka»larda qiymətlər qalxdı

Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətləri satış şərtlərini dəyişiblər.

Fins.az-ın məlumatına görə, indiyədək yeni tikililərin satışı üçün verilən ipoteka kreditlərinin illik faiz dərəcəsi 8%-dən 10%-ə qaldırılıb.

Nəticədə kreditlərin effektiv faiz dərəcəsi 4,4%-dən 5,6%-ə qalxıb.

Dəyişikliklər paytaxtda böyük tikinti layihələri həyata keçirən «Kristal Abşeron» şirkətindəki satışlara da təsir edib. Şirkətdən verilən məlumata görə, faizlərin qaldırılması şirkətin ipotkeka partnyoru olan Azərbaycan Beynəlxalq Bankının ipoteka kreditlərinin faiz dərəcəsini artırması ilə əlaqədardır.

Xatırladaq ki, ABB “Kristal Abşeron”, “Bakı Ağ Şəhər”, “Renessanse Palace”, “Yeni Həyat” və s. layihələrdəki mənzillərin kreditlə satışını maliyyələşdirən ABB ipoteka kreditlərinin faizlərini qaldırıb. Nəticədə bu şirkətlərdən kreditlə ev alan müştərilərin aylıq ödənişləri artıb.

İpoteka faizlərinini artması nəticəsində ödənişlərin necə artdığını aşağıdakı cədvəldən izləmək olar:

Bəzi şirkətlərdə isə ipoteka faizləri ilə yanaşı, satış qiymətləri də yüksəlib. Belə ki, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında layihə həyata keçirən «Renessans Palace» şirkətindən sayta bildirilib ki, iyunun 1-dən etibarən şirkətin layihələrində 1 kvadratmetrin minimum qiyməti 1550 manatdan 1650 manata qaldırılıb. Hazırda şirkətin qiymətləri 1650-1900 manat ətrafında dəyişir.

Moskva (keçmiş Tbilisi) prospektində tikinti həyata keçirən «Qrand Həyat» şirkətindən isə bildirilib ki, burada minimum qiymətlər 1550 manatdan başlayır: «Əvvəllər burada qiymətlər 1150 manatdan başlayırdı, amma həmin qiymətə olan mənzillərin hamısı satılıb. İndiki ən aşağı qiymətlər 1550 manatdan başlayır».

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın