Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “iPhone”lar partlamağa başlayıb – Foto

“iPhone”lar partlamağa başlayıb – Foto

Son iki həftə ərzində “Apple Store” mağazalarında iki “iPhone” smartfonunun batareyası partlayıb.

“ Azinforum.az ” “Technote”yə istinadən xəbər verir ki, ilk hadisə çərşənbə axşamı Sürixdəki “Apple Store”da baş verib. Hadisə nəticəsində mağaza əməkdaşı və daha 8 nəfər ciddi olmayan xəsarətlər alıblar.  Onlara yerindəcə yardım göstərilib və xəstəxanaya getməyə ehtiyac qalmayıb.

Daha bir insident isə ötən gün Valensiyada yerləşən “Apple Store” mağazasında qeydə alınıb. “iPhone” batareyasının yanması nəticəsində mağazanı tüstü bürüyüb. Mağaza əməkdaşları yanğını tez bir zamanda söndürə biliblər. Heç kim xəsarət almayıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın və polislər gəlib.

Şirkətdən isə hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …