Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”na dəyişiklik qüvvəyə minib

“İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”na dəyişiklik qüvvəyə minib

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il 18 yanvar tarixli fərmanla təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilib:

“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanına uyğun olaraq “Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi” iqtisadi fəaliyyət sahəsi üzrə ərizələrə bu Qaydanın 5-ci bəndində nəzərdə tutulan sənədlərlə yanaşı, investisiya layihəsinin turizmin inkişafı üzrə strateji planlara, turizm və rekreasiya zonalarının Baş inkişaf planlarına, turizm xidmətlərinin təsnifatına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyi əlavə olunur”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın