Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / İntiqam İsmayıloğlu qadını aldatdı, 6 il cəza aldı

İntiqam İsmayıloğlu qadını aldatdı, 6 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.İsmayıloğlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə İ.İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, qadına mənzil tikəcəyi vədi verərək, onu aldadıb. S.Əhmədovanın şikayəti əsasında saxlanılan İ.İsmayıloğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Lakin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmə istintaqı başa çatandan sonra İ.İsmayıloğlu son söz demək üçün iclasa gəlməyib. Məhkəmə onun barəsində axtarış elan edib və o, polis əməkdaşları tərəfindən həbs olunub, Bakı İstintaq Təcridxanasına köçürülüb.

İstintaq dövründə İ.İsmayıloğlu dəymiş zərərdən 20 min manatı geri qaytarıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …