Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İntim videolar yayan FHN polkovnikindən yenə şikayət var

İntim videolar yayan FHN polkovnikindən yenə şikayət var

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 3 il 6 aylıq həbsə məhkum edilmiş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis köməkçisi, polkovnik Zaur Mirzəyevdən yenə də şikayət var.  
 
Zaur Mirzəyev Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurdu. Məhkəmə hökmünə görə, o, iş otağında qadınlarla intim münasibətdə olarkən gizli video və foto çəkilişlər aparıb. 2022-ci ilin avqustunda həmin çəkilişlərin internet şəbəkələrdə yayılmasına səbəbkar olub. Zərərçəkmiş qismində FHN-nin iki xanım əməkdaşı tanınırdı. (Bu hadisələrdən sonra həmin xanımlar da iş yerlərini itirib). Hazırda həmin xanımlardan biri hökmdən apellyasiya şikayəti verib. O, həm Zaur Mirzəyevə verilmiş cəzanın azlığından, həm də 192 min manatlıq mənəvi təzminatla bağlı iddiasının tam təmin edilməməsindən narazı qalıb. Çünki məhkəmə Zaur Mirzəyevin üzərinə cəmi 4 min manat mənəvi təzminat ödəmə öhdəliyi qoyub.  
 
Yaxın günlərlə bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …