Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Kriminal / İntihar edən polkovnikin qardaşı: “Mövlan Şıxəliyevin özü məhkəməyə gəlsin, ona suallarım var”

İntihar edən polkovnikin qardaşı: “Mövlan Şıxəliyevin özü məhkəməyə gəlsin, ona suallarım var”

Həbsxanada intihar edən MTN polkovnikinin qardaşı, “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin MTN-in Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış, general-mayor Mövlan Şıxəliyevə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

Musavat.com xəbər verir ki, proses Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baş tutub.

Prosesdə M.Şıxəliyevin, vəkilinin və Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, cavabdehlərə bildiriliş göndərilib, lakin onlar məhkəməyə gəlməyib.

M.Mustafayev məhkəmədə vəsatətlə çıxış edib.

O söyləyib ki, cavabdeh M.Şıxəliyev 17 sentyabr 2014-cü ildə saat neçədə MTN-in inzibati binasını tərk etməsi barədə DTX-ya sorğu göndərilsin: “Həmin gün bacımın evində axtarış başa çatdıqdan sonra MTN əməkdaşları nazirliyin inzibati binasına gəlib, onlar axtarışın nəticəsi barədə Mövlan Şıxəliyevə məruzə edib. Mövlan Şıxəliyev də saat 23:00-dan sonra Səbail Rayon Məhkəməsinin sədrinə, baş prokurorun müavininə məktub göndərib. Bu da heç inandırıcı deyil. Çünki həmin vaxt o, işdə olmayıb”.

Zərərçəkmiş M.Mustafayev qeyd edib ki, heç bir əsas olmadan 21 ay həbsdə saxlanılıb: “Sabiq MTN sədri Eldar Mahmudov 2015-ci ildə vəzifəsindən azad edildikdən sonra Suraxanı Rayon Məhkəməsinin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşəm. İndi də Mövlan Şıxəliyevin vəkili də deyir ki, müvəkkili həmin vaxt ölkə xaricində olub, guya ona böhtan atıram. Əgər elədirsə, bəs həbs edildiyim vaxt rəsmi sənədə kim qol çəkib? Xahiş edirəm ki, Mövlan Şıxəliyevin özü məhkəməyə gəlsin və ona suallarım var”.

Növbəti məhkəmə iclası mayın 10-da davam edəcək.

Картинки по запросу məhkəmə şahid

Bildirək ki, M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

E.Mahmudova qarşı iddia ərizəsi üzrə məhkəməyə Yasamal Rayon Məhkəməsində baxılır.

Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

 

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək “Azərsu” ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

Cinayət işi materiallarında yazılır ki, MTN Mətləb Mustafayevdən vəzifəli şəxslər barəsində məlumatlar tələb edib. Mətləb Mustafayev bununla razılaşmadığı zaman onun qardaşı Malik Mustafayevə də təzyiqlər başlayıb.

Mətləb Mustafayev MTN-nin tələbi ilə razılaşmadığı üçün şərlənərək həbs edildiyini deyir. Polkovnik Malik Mustafayev isə qardaşının həbsindən bir neçə gün sonra özünü asaraq intihar edib.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Həmçinin oxuyun

İşdən çıxarılan məktəb direktoru “general”a 10 min rüşvət verib – Təfərrüatlar

70 yaşında məktəb direktoru olmaq istəyən şəxs dələduzluqda üzləşib. Onun 10 min manatını ələ keçiriblər. …