Cümə , Noyabr 22 2019
Ana səhifə / Kriminal / İntihar edən abituriyentin anası özünü öldürdü – Yeniləndi

İntihar edən abituriyentin anası özünü öldürdü – Yeniləndi

Sumqayıt şəhərində özünü oğlunun intihar etdiyi yerdə öldürən qadının adı məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal topladığı üçün özünü binanın damından ataraq intihar etmişdi.

***

Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.

“Report”un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib.

Belə ki, hələlik adı məlum olmayan orta yaşlı qadın binanın damına çıxaraq özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək edək ki, intihar edən qadın bir müddət əvvəl imtahanda bal toplaya bilməyərək özünü eyni yerdən atan gəncin anasıdır. Hazırda həmin qadının kimliyi müəyyən edilir.

Faktla bağlı araşdlrma aparılır

Həmçinin oxuyun

“Araz” marketin iki işçisi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.APA xəbər verir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” …