Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / İntihar edən 4 qız atası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin zavodunda işləyirmiş… – Təfərrüat

İntihar edən 4 qız atası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin zavodunda işləyirmiş… – Təfərrüat

Neftçalada intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xıllı kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əhədov son zamanlar özünə qapanıbmış.
Mənbə mərhumun zəhmətkeş ailədə doğulduğunu deyib: “Dörd qızı var. Onlardan biri bakalavr, digəri magistraturada oxuyur. İksi də orta məktəb şagirdidir. Son günlər heç kimlə danışmırmış. Dünən gecə 9-dan sonra köhnə hamamlarında meyitini tapıblar”.
Elşən Əhədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala Xıllı Nərə Balıqartırma Zavodunda işləyirmiş. 15 gündür işə getmirmiş.
Qeyd edək ki, ötən gün Neftçala rayonun Xıllı kənd sakini, 1969-cu il təvəllüdlü Əhədov Elşən Əhəd oğlu yaşadığı evin vanna otağında özünü asıb.
Faktla bağlı Neftçala rayon Prokurorluğu araşdırma aparar.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …