Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / İnterpolun axtardığı azərbaycanlı qadınlar – (FOTOLAR)

İnterpolun axtardığı azərbaycanlı qadınlar – (FOTOLAR)

Bu günə qədər müxtəlif cinayətlər törətmiş 31 azərbaycanlı qadın İnterpol xətti ilə axtarışa verilib.

Axtarışa verilən qadınlardan ən qocamanı 71 yaşındadır.

1946-ci il təvəllüdlü Fatimat Zairbəyova külli miqdarda mənimsəmə, qaçaqmalçılıq, saxtakarlıq və yalan informasiya verməkdə təqsirli bilinir.

Digər cinayətkar – 70 yaşında olan 1947-ci il təvəllüdlü, Masallı rayon sakini Rəna Həsənova fırıldaqçılığa görə axtarışa verilib.

İnterpol vasitəsilə axtarılan Almara Hüseynovanın isə 69 yaşı var. 1948-ci il təvəllüdlü, Naftalan şəhər sakini olan A.Hüseynova bir qrup şəxs tərəfindən mütəşəkkil fırıldaqçılıqda ittiham olunur.

Beynəlxalq miqyasda axtarılan azərbaycanlı qadınların ən cavanı 33 yaşındadır. 1984-cü il təvəllüdlü Qızqayıt Hacıyevanın insan alverinə görə barəsində axtarış elan edilib.

Ümumilikdə isə İnterpol vasitəsilə axtarılan azərbaycanlı qadınların əksəriyyəti insan alverçiləridir. Onlar eyni əməli təkrar törətməkdə, qadınları pul müqabilində müxtəlif ölkələrdə satmaqda ittiham olunurlar. Bundan əlavə, xuliqanlıq, saxta sənədlərdən istifadə, oğurluq faktları ilə axtarışda olanlara da rast gəlmək mümkündür.


AzVision.az

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …