Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / İnterpol xətti ilə axtarılan Gürcüstan vətəndaşlarının 15%-i azərbaycanlılardır

İnterpol xətti ilə axtarılan Gürcüstan vətəndaşlarının 15%-i azərbaycanlılardır

İnterpol xətti ilə axtarılan 160 nəfərin 39%-ni Gürcüstan əsilli şəxslər təşkil edir.

APA İnterpolun Gürcüstan bürosunun saytına istinadla xəbər verir ki, həmin şəxslərin 10-u (15%) etnik azərbaycanlılardır. Onlar arasında ən gənci 21 yaşlı Namiq Hüseynov adlı şəxsdir.

Həmin şəxslər arasında Rusiya tərəfindən terrorçuluqda təqsirli bilinən 25 yaşlı Aydan Qəribova da var.

Qətl, oğurluq və xuliqanlıqda təqsirli bilinən Gürcüstanın digər azərbaycanlı vətəndaşlarının 5-i Azərbaycan, 4-ü isə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …