Çərşənbə , Mart 22 2023
Ana səhifə / Kriminal / “Instagram”da borc istədiyi insanları blok edən şəxs saxlanıldı

“Instagram”da borc istədiyi insanları blok edən şəxs saxlanıldı

“Instagram” sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub.
Onun “Instagram”da açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verib müxtəlif məbləğlərdə borc pul isdədiyi müəyyən edilib. Firuddin Həsənov zərərçəkənlərdən pul vəsaitlərinin karta köçürülməsini istəyib. Həmin vəsaitləri əldə edəndən sonra isə Firuddin Həsənov zərərçəkənlərin əlaqə yaratmaması üçün onların mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb. Saxlanılan şəxs dələduzluq edən zaman zərərçəkənlərlə əsasən 055-460-50-04 və 070-827-50-50 mobil nömrəsi ilə əlaqə saxlayıb.
Qeyd edilib ki, faktlarla bağlı araşdırmalar davam etdirilir. Firuddin Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Həmçinin oxuyun

DİN: “Bir gündə cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb”

Martın 21-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili …