Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İnsanların maaşlarına göz dikənlər ələ keçdilər

İnsanların maaşlarına göz dikənlər ələ keçdilər

Bərdədə əmək haqqı kartlarından oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın yerli bürosuna bildirilib ki, rayon sakini Rövşən Süleymanov Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus əmək haqqı kartından pulunun oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Vüsal Məmmədov və Əli Əlisoy saxlanılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət şi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

Saxlanılan şəxslərin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onların qanunsuz əməllərindən əziyyət çəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102” Zəng Mərkəzinə və Bərdə Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …