Cümə , Noyabr 22 2019
Ana səhifə / Kriminal / “İnsanlar qiymət artımını həyat və sağlamlıqlarını qurban verməklə kompensasiya edir”

“İnsanlar qiymət artımını həyat və sağlamlıqlarını qurban verməklə kompensasiya edir”

Sərdar Cəlaloğlu: “Bu gedişlə qılınca çapan adamlar meydana çıxacaq”

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında ölkədəki iqtisadi-sosial böhran, qiymət artımı və bunun acı nəticələri ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədrinin sözlərinə görə, insanların baş verənlər qarşılığında susması heç də böhranın onlara təsir etməməsi demək deyil:
“Zaman-zaman bu cür fikirlər səslənir ki, vəziyyət pisləşsə də insanlar susur. Görəsən, bunun səbəbi nədir? Əslinə baxsan, insanlar bunu öz canları, həyatları bahasına kompensasiya edir. Biri xəstələnir, həkimə getmir, gedə bilmir, dünyasını dəyişir. Biri qidalanmasını azaldır, məsələn, əvvəllər ət yeyirdisə yemir, digər qidalar qəbul edirdisə etmir, bununla da qiymət artımını kompensasiya edir. Kimisi sağlamlığını, kimisi də nromal qidalanmasını qurban verərək buna nail olur. Lakin bunun da bir əndazəsi var. Gərək heç olmasa insanlarda broyler toyuq, sintetik yumurta almağa da pul ola. Bu olmayanda, o zaman qılınca çapan adamlar meydana çıxacaq və onlar düz qılıncın üstünə yeriyəcəklər. O zaman kimsə onlara nə isə edə, onların qarşısını ala bilməyəcək”.

Həmçinin oxuyun

“Araz” marketin iki işçisi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.APA xəbər verir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” …

Bir cavab yazın