Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Kriminal / İnsan alveri ilə məşğul olan azərbaycanlı qadınlar: İnterpol axtarır – SİYAHI

İnsan alveri ilə məşğul olan azərbaycanlı qadınlar: İnterpol axtarır – SİYAHI

Ötən il Azərbaycanda cinayət törədən 21 206 nəfərdən 1168-i qadın olub. Son 3 ildə cinayətkar qadınların sayı azalsa da, onlar arasında axtarışda olanların sayı o qədər də az deyil. Xüsusilə hər il insan alveri ilə bağlı cinayət törədən qadınların sayı artır. Hazırda isə ölkəmizdə bu cinayətə görə 13 qadın axtarışdadır.Həmin qadınlardan ən yaşlısının 62, ən cavanının isə 35 yaşı var. 

Onların 8-i İnterpol xətti ilə axtarışa verilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin siyahısında olan həmin 8 nəfər qadın aşağıdakılardır:

15.12.1978-ci il təvəllüdlü Qədirli Zeynəb Böyükağa qızı Kürdəmir şəhər sakinidir. Onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, haqqında həbs qətimkan tədbiri seçilib.

54 yaşlı Bakı sakini Həsənova Sevda barəsində 2015-ci ildə axtarış elan edilib.
Beynəlxalq miqyasda axtarılan azərbaycanlı qadınların ən cavanı 37 yaşındadır. 1984-cü il təvəllüdlü Qızqayıt Hacıyeva 2015-ci ildən axtarışdadır.

Quliyeva Validə Tahir qızı 1964-cü ildə Gəncə şəhərində anadan olub. Barəsində 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Daha bir insan alveri cinayətkarı Şöhrət Məmmədova Goranboy sakinidir. 2009-cu ildən axtarışdadır.

İnsan alverinə görə 2008-ci ildən axtarışda olan Hicranə Abdıyeva Quba şəhər sakinidir.
58 yaşlı Gülxanım Məmmədova və 53 yaşlı Almaz Səfərova da insan alveri ilə məşğul olan cinayətkar qadınlardır. Hər biri barəsində müvafiq olaraq 2008-ci və 2007-ci illərdə axtarış elan edilib.

İnterpol xətti ilə yanaşı, inan alveri cinayətinə görə daha 5 nəfər qadın Azərbaycanın sərhədləri daxilində axtarışdadır.

Bunlar 58 yaşlı Azadə İsayeva, 36 yaşlı Yeganə Qəhrəmanova, 62 yaşlı Lalə Ələkbərova, 37 yaşlı Leyla Əliyeva, 35 yaşlı Ruhəngiz Orucovadır.

AzVision.az

Həmçinin oxuyun

16 yaşlı cüdoçunu öldürən şəxs belə saxlanıldı – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il …